Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA


Sosial 23 May 2020 21:16:54 169 0

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı - STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 23-ə olan statistik göstəriciləri açıqlayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 23-ə olan statistik göstəriciləri açıqlayıb.

"Report" xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 912 test edildiyi bildirilib.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 265 067 test aparılıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Həmin şəxslərdən 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.