Almaniya rəsmisi dövlət qurumlarına xəbərdarlıq etdi: "Whatsapp işlətməyin"


Digərləri 23 May 2020 21:15:00 172 0

Almaniya rəsmisi dövlət qurumlarına xəbərdarlıq etdi: "Whatsapp işlətməyin"

Almaniya Federal Məlumatları Qoruma Mərkəzinin komissarı Ulrich Kelber rəsmi şəxsləri təhlükəsizlik məsələlərindən dolayı Whatsapp istifadə etməməyə səsləyib.

Son.az ted.az-a istinadən bildirir ki, Ulrich Kelber bu barədə bir sıra dövlət qurumlarına məktub göndərib.

Məktubda hər mesaj göndərirlərkən Whatsapp-ın xeyli fərdi məlumat ələ keçirdiyi və bu məlumatları Feysbuka göndərdiyi qeyd olunub.

Whatsapp-ın mövzuya rəsmi açıqlamasında isə məlumat təkzib edilib. Şirkət rəsmiləri mesajların başdan-ayağa şifrələndiyini, onları yalnız mesajlaşan tərəflərin gördüyünü vurğulayıblar.