Türkiyədə koronavirus qurbanlarının sayı 4 300-ü ötdü


Dünya 23 May 2020 20:51:21 152 0

Türkiyədə koronavirus qurbanlarının sayı 4 300-ü ötdü

Son bir gündə Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.

Fahretiin Koca

Son bir gündə Türkiyədə daha 32 nəfər koronavirusdan ölüb.

“Report”un məlumatına görə, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 308 nəfərə çatıb.

Son sutka ərzində ölkədə təhlükəli virusa 1 186 nəfər yoluxma qeydə alınıb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 155 686 nəfər təşkil edir.

Virusa yoluxmuş daha 1 491 nəfər sağalıb. Türkiyədə COVID-9-dan sağalanların ümumi sayı 117 602 nəfərə çatıb.