Camal Xaşuqcinin oğlu ailəsinin atasının qatillərini əfv etdiyini deyir


Dünya 23 May 2020 20:38:00 154 0

Camal Xaşuqcinin oğlu ailəsinin atasının qatillərini əfv etdiyini deyir

Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin oğlu Twitter səhidəsində bəyanat yayaraq ailəsinin atasını öldürən insanları bağışladığını bildirib.

"Bü müqəddəs Ramazan ayında biz Allahın sözlərini xatırlayırıq: Əgər insan bağışlayırsa və barışırsa, Allah onu mükafatlandırır. Ona görə də, biz - şəhid Camal Xaşuqcinin oğulları - atamızı öldürənləri əfv edirik", Saleh Xaşuqci yazıb.

Səduiyyə Ərəbistanında ailə qatili bağışladığı təqdirdə ölüm cəzaları yüngülləşdirilə bilər. Amma bu dəfə bunun baş verib-verməyəcəyi bəlli deyil.

Dekabr ayında Xaşuqcinin qətli ilə əlaqədar olaraq beç nəfərə ölüm cəzası verilib.

Birləşmiş Millətlər Təşkilarının xüsusi məruzəçisi deyib ki, Səudiyyədə gizli keçirilən məhkəmə "ədalətin antitezası"dır.

The Washington Postqəzetinin yazarı olan Xaşuqci Səudiyyə hökümətinin aparıcı tənqidçilərindən biri idi.