ABŞda pikaplar ilk dəfə olaraq minik avtomobillərini üstələyiblər FOTO


Digərləri 23 May 2020 20:01:00 179 0

ABŞda pikaplar ilk dəfə olaraq minik avtomobillərini üstələyiblər  FOTO

Məşhur tam ölçülü Ford F-Seriya, Chevrolet Silverado və Ram 1500/2500/3500 pikapları illərdir ki, ABŞ avtomobil bazarının liderləri sırasındadırlar, lakin onlar satış həcminə görə adi minik avtomobillərindən geridə qalıblar. Son zamanlarda cərəyan edən pandemiya sayəsində bazarda ciddi dəyişiliklər baş verib. ABŞ-ın avtomobil bazarının tarixində ilk dəfə olaraq, Aprel ayında satışmış müxtəlif ölçülərdə olan pikapların ümumi sayı sərnişin seqmentinin əldə etdiyi nəticəni üstələyib.

Son.az autograph.az-a istinadən bildirir ki, aprel ayında 186 min müştəri məhz pikaplara üstünlük verib, 169 min müştəri isə minik avtomobillərini seçib. Bununla birlikdə, ən populyar seqment krossoverlər və yolsuzluq avtomobilləri seqmenti olaraq qalır: 270 min avtomobil. Aprel ayında ABŞ-ın avtomobil bazarı 53% azalıb: cəmi 625 min yeni avtomobil satılıb. ABŞ bazarında oxşar nəticələr 30 il əvvəl qeydə alınmışdı. Beş il bundan əvvəl pikapların aylıq satışları, minik avtomobillərindən 500 min ədəd aşağı olub.

Bu vaxt bu bazar dəyişikliyinin qeyri-adi təsirləri özünü büruzə verir. Əksər zavodlarda istehsalın dayadırılması ucbatından dilerlərin pikap ehtiyatları tükənməyə başlayıb və anbarlardakı pikaplar bir neçə həftə ərzində bitə bilər. Buna baxmayaraq, FCA konserninin rəhbəri Mayk Manley, may ayında da pikapların ABŞ bazarında minik avtomobillərindən daha populyar olacağına inanır. Çox güman ki, yanacağın qiymətinin düşməsi də, pikapların satışlarının artmasına təsir edən amillərdən biri olub.