Volvonun yeni avtomobillərində maksimum sürətə limit qoymaq mümkün olacaq


Digərləri 23 May 2020 19:40:00 152 0

Volvonun yeni avtomobillərində maksimum sürətə limit qoymaq mümkün olacaq

Dünyanın ən etibarlı avtomobillərinə ev sahibliyi edən Volvo şirkəti maraqlı addım atıb.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət qəzaların sayını minimuma endirmək üçün yeni avtomobil modellərində sürət limiti qoyub.

Bu barədə xeyli əvvəl şirkət rəsmiləri tərəfindən açıqlama verilsə də, qərarın nə zaman tətbiq ediləcəyi məlum deyildi. Artıq gələn ildən Volvo modellərinin maksimal sürəti 180 km/s olacaq.

Şirkətdən bildirilib ki, yeni modellərdə Care Key funksiyası olacaq. Bu texnologiya sürət limitinə sahib bütün Volvo avtomobillərinə tətbiq olunacaq.

Firmanın rəsmi açıqlamasında qeyd olunur ki, Care Key Volvo sürücülərinə avtomobillərini ailə üzvlərinə, yaxud təcrübəsiz sürücülərə əmanət etməzdən əvvəl avtomobilin maksimum sürət limitini təyin etmə imkanı verir.