Nazir: "Virusa yoluxmuş məhkumların əksəriyyəti sağalıb"


Digərləri 23 May 2020 18:28:00 185 0

Nazir: "Virusa yoluxmuş məhkumların əksəriyyəti sağalıb"

COVİD-19 virusuna yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Nazir hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığını bildirib.

F.Məmmədov bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyətini qeyd edib.

Nazir penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətini qeyd olunaraq, bu sahədə görülən işlərə toxunub.