“Azəriqaz”ın rəhbəri: "Siz borcu verməsəniz, əmək haqlarını ödəyə bilmirik"


İqtisadiyyat 23 May 2020 18:13:14 58 0

“Azəriqaz”ın rəhbəri: "Siz borcu verməsəniz, əmək haqlarını ödəyə bilmirik"

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

Ruslan Əliyev

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət göstərdiyi rayonlardan olan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Report”a verilən məlumata görə, Şəmkir Regional Qaz İstismar İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər.

Qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onların əksəriyyəti əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Qəbulun gedişatında ən çox diqqət çəkən məqam Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahibləri ilə olub. Baş direktor video bağlantıda istixana sahibləri ilə söhbətində bunları qeyd edib: “Mövsüm başlayarkən borcların gözlənilməsi və s. məsələlərdə güzəştlərin tətbiqi üçün biz nə lazımdırsa, edə bildik. Yəni özümüzü riskə atmış olsaq belə, sizə söz verdik ki, sahibkarlara dəstək olaq və sözümüzün üstündə də durduq. Öz gücümüzə, humanistlik prinsiplərinə söykənərək sizə köməklik etmişik. Bilməlisiniz ki, biz qazı aldığımız təşkilata həmin qazın dəyərini aldığımız anda da ödəyirik. Yəni bu təşkilat bizi gözləyə bilməz ki, siz sahibkara güzəşt etmisiniz və bu məbləği almısınız, yoxsa yox. Bu, onlar üçün maraqlı olmayan tərəflərdir.

Ruslan Əliyev

Düzdür, Şəmkir zonasında istixana fəaliyyəti ilə çoxdan məşğul olunmasına baxmayaraq, bu gün Salyan zonasında sizin bölgədən də çox istixana var, lakin problemləri sizdəki kimi deyil. Onlar mövsüm boyu borclarının verilməsi ilə bağlı sıxıntı yaşamadılar. İndi yeni mövsüm başlayanda bizim üçün də sizə qazı vermək çətin olacaq.

Yəni yenə güzəşt olunması, mövcud borcun üstünə borcun gəlməsi daha çox bizi riskə ata bilər. Belə bir addımı atmaq üçün çətin ki, imkanımız olsun. Siz borcu verməsəniz, işçilərin əmək haqlarını ödəyə bilmirik. Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı var ki, onu icra etməkdə problemlərlə qarşılaşa bilərik. Ona görə də hazırda istixanalarla bağlı çətin bir məqam yaranıb”.

39 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 23 May 18:10  
Kriminal 39 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb like
  • 23 May 18:06  
Siyasət Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb

Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş ş

arrow Ətraflı
Yolların əsaslı təmiri ilə bağlı podratçı şirkət seçilib like
  • 23 May 18:00  
İqtisadiyyat Yolların əsaslı təmiri ilə bağlı podratçı şirkət seçilib

​3 küçədə yolların əsaslı təmirinə 859 min manat xərclənəcək

arrow Ətraflı
Vatikanda muzeylər açılır like
  • 23 May 18:00  
Dünya Vatikanda muzeylər açılır

Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun

arrow Ətraflı
Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır” like
  • 23 May 17:58  
Siyasət Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”

"Amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar"

arrow Ətraflı
Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi like
  • 23 May 17:56  
Digərləri Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi

50 yaşlı model Naomi Kempbell "Valentino" brendinin fotosessiyası

arrow Ətraflı
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib like
  • 23 May 17:50  
Sosial Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyy

arrow Ətraflı
Güclü külək Bərdədə ağacları aşırıb like
  • 23 May 17:42  
Sosial Güclü külək Bərdədə ağacları aşırıb

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib.

arrow Ətraflı
"Nə ev, nə maşın hədiyyə almışam" like
  • 23 May 17:30  
Şou-biznes "Nə ev, nə maşın hədiyyə almışam"

Savadsız adamdan müğənni ola bilər. "Besame muço"nu oxuyan müğ

arrow Ətraflı
Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər like
  • 23 May 17:26  
Digərləri Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dize

arrow Ətraflı
Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır like
  • 23 May 17:25  
Sosial Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirlən

arrow Ətraflı
"İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı" like
  • 23 May 17:20  
Şou-biznes "İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı"

İlhamə Quliyeva öləndən sonra onun hörmətini lap çox saxladım. Onun ad

arrow Ətraflı
Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib like
  • 23 May 17:14  
İqtisadiyyat Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib

Artıq​ 23 065 vergi ödəyicisinə 200 917 nəfər muzdlu işçinin əməkhaq

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi like
  • 23 May 17:10  
Digərləri İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir s

arrow Ətraflı