Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”


Siyasət 23 May 2020 17:58:09 56 0

Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”

"Amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar"

“Azərbaycanla ABŞ arasındakı münasibətlər metodik, sabit və mütərəqqi şəkildə inkişaf edir və Amerika hökumətinin Azərbaycan bazarında hansısa narahatlıq yaşadığını və hansısa siyasi səbəbdən buradakı iştirakını məhdudlaşdırmağa çalışdığını söyləmək üçün heç bir əsas yoxdur”.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Bakı ilə Vaşinqtonun bir çox beynəlxalq problemlər, regional proqramlar kontekstində nə dərəcədə razılaşdırılmış hərəkət etdiyini, bu və ya digər dərəcədə dünya nizamının sabitləşməsi, təhlükəsizlik kəmərinin yaradılması, onun möhkəmləndirilməsi ilə bağlı olan bütün proseslərdə iştirak etdiyini göstərən çoxlu sübut var: “Azərbaycan ABŞ rəhbərliyinin Kosovo, İraq və Əfqanıstanda sülhməramlı missiyalarına dəstək vermək lazım gəldikdə həmişə qarşı tərəfin təşəbbüslərini dəstəkləyib. Ümumiyyətlə, Bakının Qərb cəmiyyəti, o cümlədən ABŞ ilə əlaqələri hər zaman uzaqgörənliyi və praqmatizmi ilə seçilib. 2001-ci ilin terror hücumlarından dərhal sonra Azərbaycanın ABŞ-ı dəstəkləməsi, ABŞ-ın Avrasiya məkanında həyata keçirməyə başladığı təhlükəsizlik proqramının bir hissəsi olması buna bariz nümunədir”.

“Münasibətlərimizin biznes tərəfinə gəlincə, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən və 1994-cü ildə atəşkəs sazişi imzaladıqdan sonra o, amerikalı və avropalı tərəfdaşları Azərbaycanın verdiyi sözə görə məsuliyyət daşıdığına inandırdı, Qərb kapitalının Azərbaycanın energetika sektorunda kök salması üçün təhlükəsizlik rejiminin və sabitliyin yaradılmasına zəmanət verdi. Bundan sonra ABŞ şirkətləri Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarından istifadə etməyə başladılar”, - politoloq xatırladıb.

“Məncə, şirkətlərin tez-tez orientr dəyişdiyi bazar manevr üçün çox həssas sahədir. “Exxon Mobile” və “Chevron” şirkətlərinin bu yaxınlarda neft müqavilələrindən çıxması heç nədən xəbər vermir. Unutmayaq ki, “BP Azərbaycan” ABŞ kapitalının olduğu nəhəng biznes strukturudur və bu struktur özü müqaviləni uzatmağa çalışırdı, nəticədə müqavilə 30 il müddətinə uzadıldı. Burada ABŞ-ın maraqları tam təmin edilib. Bu şirkətlərin ayrılması isə sırf bazar-konyuktura baxımdan əsaslandırıla bilər”, - T.Abbasov bildirib.

O söyləyib ki, bu yaxınlarda ABŞ lideri Donald Trampın Prezident İlham Əliyevə göndərdiyi məktub iki ölkə arasındakı münasibətlərdə praqmatizmin hökm sürdüyünü bir daha göstərib: “Hər iki tərəf bir-birinin lazım olduğunu anlayır, buna görə də əməkdaşlığı inkişaf etdirmək, həm təhlükəsizlik, həm də Qərb ölkələri üçün enerji baxımından özünütəminetmə mövqelərini gücləndirmək baxımından əlavə imkanlar yaratmaq üçün qarşılıqlı istək mövcuddur. Mövcud vəziyyətdə ABŞ “Cənub Qaz Dəhlizi”ni və qarşılıqlı fəaliyyət formatımızda üstünlük təşkil edən iş üslubunu yüksək qiymətləndirir”.

“Hesab edirəm ki, Amerika biznesinin Azərbaycan bazarında iştirakı ilə bağlı mənfi, narahatdoğurucu mənzərə yaratmağa çalışan bəzi ekspert cəmiyyətləri bir qədər artıq səy göstəriblər. Onlar faktları təhrif edir, arzuolunan düşüncələri həqiqət kimi qələmə verirlər. Əslində isə narahatlıq üçün heç bir səbəb yoxdur. Özü də bir daha deyirəm, Trampın müstəqilliyimizin ildönümü ilə əlaqədar İlham Əliyevə göndərdiyi məktub hansısa sıradan jest deyil, əksinə, sınanmış tərəfdaşına - Azərbaycana ABŞ-ın onun uğurlarını izlədiyini, xalqımızın rifahı və maraqları ilə maraqlandığını bir daha bildirmək imkanıdır. Ən başlıcası, bu çiçəklənmə effektiv və qarşılıqlı faydalı fəaliyyətlərimizi genişləndirmək üçün motivlərdən biridir. Amerikalılar üçün Azərbaycan özünü qoruya, əməkdaşlıq və müxtəlif miqyaslı proqramların icrası üçün etibarlı kəmər yarada bilən sabit və aydın ölkədir. Ona görə də amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar. Bu, onlar üçün strateji bölgədir, burada İran, Mərkəzi Asiya və Əfqanıstan amilləri də mövcuddur. Amerikalılar Azərbaycanın bu baxımdan onlar üçün açar-ölkə olduğunu gizlətmirlər. Bu baxımdan onlar subyektivliyini qorumağı bacaran, milli suverenliyini həyata keçirə bilən və mövcud əməkdaşlıq potensialını reallaşdırmaq istəyi və bacarığı ilə öz mahiyyətini göstərən Azərbaycan tərəfinin tərəfdaşlıq keyfiyyətlərini yüksək qiymətləndirirlər”, - politoloq qeyd edib.

Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi like
  • 23 May 17:56  
Digərləri Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi

50 yaşlı model Naomi Kempbell "Valentino" brendinin fotosessiyası

arrow Ətraflı
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib like
  • 23 May 17:50  
Sosial Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyy

arrow Ətraflı
Güclü külək Bərdədə ağacları aşırıb like
  • 23 May 17:42  
Sosial Güclü külək Bərdədə ağacları aşırıb

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib.

arrow Ətraflı
"Nə ev, nə maşın hədiyyə almışam" like
  • 23 May 17:30  
Şou-biznes "Nə ev, nə maşın hədiyyə almışam"

Savadsız adamdan müğənni ola bilər. "Besame muço"nu oxuyan müğ

arrow Ətraflı
Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər like
  • 23 May 17:26  
Digərləri Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dize

arrow Ətraflı
Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır like
  • 23 May 17:25  
Sosial Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirlən

arrow Ətraflı
"İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı" like
  • 23 May 17:20  
Şou-biznes "İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı"

İlhamə Quliyeva öləndən sonra onun hörmətini lap çox saxladım. Onun ad

arrow Ətraflı
Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib like
  • 23 May 17:14  
İqtisadiyyat Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib

Artıq​ 23 065 vergi ödəyicisinə 200 917 nəfər muzdlu işçinin əməkhaq

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi like
  • 23 May 17:10  
Digərləri İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir s

arrow Ətraflı
''Özümü gözəl hesab etmirəm'' like
  • 23 May 17:04  
Digərləri ''Özümü gözəl hesab etmirəm''

Türkiyəli məşhur aktrisa Bensu Soral özü ilə bağlı maraqlı açıqlama

arrow Ətraflı
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq like
  • 23 May 16:56  
İqtisadiyyat “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

​“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

arrow Ətraflı
Moskvada banka hücum edildi: like
  • 23 May 16:56  
Dünya Moskvada banka hücum edildi:

Moskvada naməlum şəxs banka hücum edərək ordakı şəxsləri girov götür

arrow Ətraflı
''Mənim təmtəraqla aram yoxdur'' like
  • 23 May 16:49  
Şou-biznes ''Mənim təmtəraqla aram yoxdur''

Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirm

arrow Ətraflı
“Mədəniyyət Nazirliyi mənə 10 manata qol çəkdirib, 5 manat verdi” like
  • 23 May 16:44  
Şou-biznes “Mədəniyyət Nazirliyi mənə 10 manata qol çəkdirib, 5 manat verdi”

“Qadınların əxlaqsız yola düşməsində günahkar kişilərdir”

arrow Ətraflı
ABŞ-da bir günə 23 mindən çox insan koronavirusa yoluxdu like
  • 23 May 16:41  
Dünya ABŞ-da bir günə 23 mindən çox insan koronavirusa yoluxdu

Son 24 saat ərzində ABŞ-da 1 277 nəfər koronavirusun qurbanı olub

arrow Ətraflı