Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb


Siyasət 23 May 2020 18:06:00 48 0

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb

Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov onun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

F.Məmmədov, həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.

Yolların əsaslı təmiri ilə bağlı podratçı şirkət seçilib like
  • 23 May 18:00  
İqtisadiyyat Yolların əsaslı təmiri ilə bağlı podratçı şirkət seçilib

​3 küçədə yolların əsaslı təmirinə 859 min manat xərclənəcək

arrow Ətraflı
Vatikanda muzeylər açılır like
  • 23 May 18:00  
Dünya Vatikanda muzeylər açılır

Vatikanda koronavirus pandemiyası ilə əlaqədar bağlanmış muzeylər iyunun

arrow Ətraflı
Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır” like
  • 23 May 17:58  
Siyasət Politoloq: “Azərbaycan ABŞ üçün Xəzər regionunun açarıdır”

"Amerikalıları həyatda Xəzər hövzəsi ilə vidalaşmazlar"

arrow Ətraflı
Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi like
  • 23 May 17:56  
Digərləri Naomi metroda çılpaq FOTOSSESİYA etdirdi

50 yaşlı model Naomi Kempbell "Valentino" brendinin fotosessiyası

arrow Ətraflı
Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib like
  • 23 May 17:50  
Sosial Penitensiar xidmətin 40 əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyy

arrow Ətraflı
Güclü külək Bərdədə ağacları aşırıb like
  • 23 May 17:42  
Sosial Güclü külək Bərdədə ağacları aşırıb

Güclü külək Bərdə rayonunda bir sıra fəsadlar törədib.

arrow Ətraflı
"Nə ev, nə maşın hədiyyə almışam" like
  • 23 May 17:30  
Şou-biznes "Nə ev, nə maşın hədiyyə almışam"

Savadsız adamdan müğənni ola bilər. "Besame muço"nu oxuyan müğ

arrow Ətraflı
Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər like
  • 23 May 17:26  
Digərləri Bu yay tətillərini 1 milyonluq yaxtalarında keçirəcəklər

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dize

arrow Ətraflı
Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır like
  • 23 May 17:25  
Sosial Arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirlən

arrow Ətraflı
"İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı" like
  • 23 May 17:20  
Şou-biznes "İlhamə Quliyeva "alaq otları"nı bahalı hədiyyələrə görə səhnəyə çıxardı"

İlhamə Quliyeva öləndən sonra onun hörmətini lap çox saxladım. Onun ad

arrow Ətraflı
Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib like
  • 23 May 17:14  
İqtisadiyyat Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib

Artıq​ 23 065 vergi ödəyicisinə 200 917 nəfər muzdlu işçinin əməkhaq

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi like
  • 23 May 17:10  
Digərləri İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət etdi

İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin göstərilməsi ilə bağlı bir s

arrow Ətraflı
''Özümü gözəl hesab etmirəm'' like
  • 23 May 17:04  
Digərləri ''Özümü gözəl hesab etmirəm''

Türkiyəli məşhur aktrisa Bensu Soral özü ilə bağlı maraqlı açıqlama

arrow Ətraflı
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq like
  • 23 May 16:56  
İqtisadiyyat “Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

​“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

arrow Ətraflı