Lənkəranda avtobuslar dezinfeksiya edilir


Sosial 23 May 2020 16:07:40 165 0

Lənkəranda avtobuslar dezinfeksiya edilir

​Lənkəran rayonunda koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Lənkəran rayonunda koronaviruspandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.

“Report”un Cənub Mərkəzinin məlumatına görə,Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun videoformatda keçirdiyimüşavirədən sonra koronavirusla mübarizə tədbirləri daha da gücləndirilib.

Belə ki, ŞİH-də yaradılmış Operativ Qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq diqqətdə saxlanılır, vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə düzgün riayət olunmasına nəzarət olunur, maarifləndirməişləri aparılır.

Eyni zamanda pandemiya mənbələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə qabaqlayıcı kimyəvi-dezinfeksiya tədbirləri görülür. Dezinfeksiya işləri "Lənkəran-Sərnişin" ASC-də gündəlik olaraq aparılır, avtobuslar hər gün səhərlər qarajda dezinfeksiya olunduqdan sonra xəttə buraxılır.

Bundan başqa,ölkə ərazisində karantin rejiminin tələblərinin yumşalmasının rayon sakinlərində arxayınçılıq yaratmaması üçünLənkərandamayın 23-dəəhalinin daha çox olduğu mərkəzi bazarın ətraflarında, şəhər avtovağzalı ərazisində, xüsusilə vağzalın gözləmə salonunda növbəti dəfə dezinfeksiya işləri aparılıb, vətəndaşlarla söhbət aparılaraq karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi bir daha izah olunub, ehtiyacı olan vətəndaşlara tibbi qoruyucu vasitələr və maskalar təqdim olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək