Gürcüstan Ermənistanın səhiyyə nazirindən üzr tələb etdi - YENİLƏNİB


Dünya 23 May 2020 15:44:00 48 0

Gürcüstan Ermənistanın səhiyyə nazirindən üzr tələb etdi - YENİLƏNİB

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

“Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrini ya əsaslandırmalı, ya da üzr istəməlidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunuTbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze deyib ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüş doğurur: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”.

*** 12:40

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir qonşu ölkədə gün ərzində COVID-19-a yoluxanların sayının bir-iki nəfər olduğuna inanmadığını deyib.

Erməni nazirin bu fikirləri isə Gürcüstanda anlaşılmazlıq və təəccüblə qarşılanıb.Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”.

A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb.Gürcüstanın baş infeksionisti buna cavab olaraq deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “Beynəlxalq konvensiyanın reqlamentinə uyğun olaraq, əgər Gürcüstan ərazisində virus əcnəbidə təsdiqlənirsə, bu zaman ÜST və həmin şəxsin vətəndaşı olduğu dövlət bu barədə məlumatlandırılır. Gürcüstan kimi Ermənistan da bu konvensiyaya qoşulan ölkədir”.

A.Qamkrelidze erməni nazirin Gürcüstanda virusdan ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə etməsini də şərh edib: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.

Heroin alverçiləri tutuldular  FOTO  VİDEO like
  • 23 May 15:43  
Kriminal Heroin alverçiləri tutuldular FOTO VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat

arrow Ətraflı
"Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq" like
  • 23 May 15:38  
Digərləri "Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq"

Əgər biz qoyulan qaydalara əməl etməsək, bayramı toplu halda qeyd etsək,

arrow Ətraflı
Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır like
  • 23 May 15:33  
İqtisadiyyat Sahibkarlara maliyyə dəstəyi ilə bağlı müraciətlərin müddəti yekunlaşır

Müraciət etməmiş vergi ödəyicilərinin onların şəxsi elektron kabinetl

arrow Ətraflı
Vatikan muzeyləri iyundan etibarən açılacaq like
  • 23 May 15:32  
Dünya Vatikan muzeyləri iyundan etibarən açılacaq

“İyunun 1-də, demək olar, üç aylıq fasilədən sonra yenidən Vatikan mu

arrow Ətraflı
"İnsanlar yazıq adamı sevir"  Afaq Gəncəli like
  • 23 May 15:32  
Şou-biznes "İnsanlar yazıq adamı sevir" Afaq Gəncəli

İnsanlar yazıq adamı sevir. Keçmişinin pis məqamını danışan, qəhrəma

arrow Ətraflı
ABŞ Çini uçuşlara mane olmaqda ittiham edib like
  • 23 May 15:27  
İqtisadiyyat ABŞ Çini uçuşlara mane olmaqda ittiham edib

Bu barədə "Reuters" agentliyi ABŞ Nəqliyyat Nazirliyinə istinadən məlumat

arrow Ətraflı
İranda daha 1 869 nəfər koronavirusa yoluxdu like
  • 23 May 15:27  
Dünya İranda daha 1 869 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində daha 1 869 nəfər koronavirusa (COVID-19) yoluxu

arrow Ətraflı
Azərbaycan ilə Rusiya arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi təklif edilir like
  • 23 May 15:24  
İqtisadiyyat Azərbaycan ilə Rusiya arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi təklif edilir

Bununla bağlı bitkiçilik və heyvandarlıq sahəsində innovasiyalar və iki

arrow Ətraflı
Agentlik: Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək like
  • 23 May 15:21  
Digərləri Agentlik: Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək

Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata k

arrow Ətraflı
Teledərslərin bazar gününə olan cədvəli açıqlandı like
  • 23 May 15:18  
Sosial Teledərslərin bazar gününə olan cədvəli açıqlandı

“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxt

arrow Ətraflı
Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü like
  • 23 May 15:15  
Sosial Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
Xatun Vüsaləyə: "Çirkin qadınsan, efirdə qəşəngsən" like
  • 23 May 15:10  
Şou-biznes Xatun Vüsaləyə: "Çirkin qadınsan, efirdə qəşəngsən"

Operatorlara tapşırmışam ki, səni yox, məni çəksinlər. Efirdə gözəls

arrow Ətraflı
Türkiyədə avtomobil elektrik dirəyinə çırpıldı, like
  • 23 May 15:05  
Dünya Türkiyədə avtomobil elektrik dirəyinə çırpıldı,

Türkiyədə avtomobil qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itiri

arrow Ətraflı