İqtisadiyyat Nazirliyi 133 obyektdə karantin qaydalarına riayət olunmamasını aşkarlayıb


İqtisadiyyat 23 May 2020 13:46:46 72 0

İqtisadiyyat Nazirliyi 133 obyektdə karantin qaydalarına riayət olunmamasını aşkarlayıb

Monitorinqlər Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində aparılıb

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin və onun tabeliyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib.

Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-da təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib.

Suraxanı rayonunda “Maşallah Market”də və “Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda “Panda Kids”, “Optimal Electronics” mağazalarında, “Garden Haus” restoranında, Sabunçu rayonunda “Moda Kids” mağazasında, “The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus “Dokta Aptek”də, Yasamal rayonunda “OBA” marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Koronavirusun psixoloji təsirindən çıxmaq üçün like
  • 23 May 13:42  
Digərləri Koronavirusun psixoloji təsirindən çıxmaq üçün

Koronavirusa yoluxmamaq üçün hansı qaydalara əməl etmək lazım olduğunu

arrow Ətraflı
Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib like
  • 23 May 13:40  
Sosial Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə

arrow Ətraflı
Güclü külək bəzi rayonlarda ağacları aşırdı, like
  • 23 May 13:37  
Digərləri Güclü külək bəzi rayonlarda ağacları aşırdı,

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan

arrow Ətraflı
Ramazan bayramı gününə olan hava proqnozu açıqlanıb like
  • 23 May 13:33  
Sosial Ramazan bayramı gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə&gözlənilən hava şəraiti açıqlanıb.&

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 23 May 13:31  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Lənkəranda külli miqdarda tiryək aşkarlandı  FOTO like
  • 23 May 13:26  
Digərləri Lənkəranda külli miqdarda tiryək aşkarlandı FOTO

Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb.

arrow Ətraflı
İran səfiri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib like
  • 23 May 13:15  
Siyasət İran səfiri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cah

arrow Ətraflı
Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" like
  • 23 May 13:10  
İqtisadiyyat Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"

Daşınmaz əmlak bazarında ay ərzində 2,74%-lik artım qeydə alınıb

arrow Ətraflı
ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb like
  • 23 May 13:08  
İqtisadiyyat ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb

“Genscape”: ABŞ-da neft hasilatı martdakı pik səviyyədən gündəlik 2,

arrow Ətraflı
Müəlliminin internet şifrəsini öyrəndi, like
  • 23 May 13:04  
Dünya Müəlliminin internet şifrəsini öyrəndi,

Türkiyədə qəribə olay yaşanıb.

arrow Ətraflı
Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başlaya bilər like
  • 23 May 12:58  
Dünya Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başlaya bilər

Tayvanda koronavirus vaksininin insanlar üzərində sınaqları payızda başla

arrow Ətraflı
Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub like
  • 23 May 12:56  
İqtisadiyyat Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub

Qərb və şimal-qərb regionlarında mayın 23-25-i tarixlərində gözlənilə

arrow Ətraflı
Pakistandakı təyyarədə 99 nəfərdən like
  • 23 May 12:53  
Dünya Pakistandakı təyyarədə 99 nəfərdən

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında 97 nəfər həlak olub.

arrow Ətraflı
Azərbaycan və Türkmənistan arasında fiberoptik xəttin çəkilməsi müzakirə olunub like
  • 23 May 12:47  
Siyasət Azərbaycan və Türkmənistan arasında fiberoptik xəttin çəkilməsi müzakirə olunub

Azərbaycanın "AzerTelecom" MMC rabitə operatoru ilə Türkmənistan

arrow Ətraflı