İranda son sutkada 59 nəfər koronavirusdan ölüb


Dünya 23 May 2020 13:55:30 161 0

İranda son sutkada 59 nəfər koronavirusdan ölüb

​İranda koronavirusa yoluxanların sayı artıb

İranda koronavirusa yoluxanların sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 1 869 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 133 521-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 59 nəfər artaraq 7 359 nəfərə yüksəlib.

O həmçinin 2 633 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 104 072 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.