"Təbiəti qorumaq, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur"


Digərləri 23 May 2020 12:14:00 60 0

"Təbiəti qorumaq, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur"

Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün, ilk növbədə, təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq gərəkdir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, XX və XXI əsrlərdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, gələcəkdə bərpası mümkün olmayacaq təbii sərvətlərin həddindən artıq istismarı ətraf mühitə mənfi təsirini qaçılmaz edib.

"Qlobal ekoloji böhran, ətraf mühitlə bağlı problemlər bu gün bəşəriyyətin inkişafının ən vacib tələblərindən birinə çevrilib. Son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə edən ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində geniş miqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması dövlət siyasətinin dayanıqlı inkişafs trategiyasının mühüm tərkib hissəsələrindən biridir.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq ölkəmizin ekoloji siyasətinin əsas istiqamətləridir. Unutmayaq ki, iqlim dəyişmələrinin təsirindən inkişaf səviyyəsində nasılı olmayaraq heç bir ölkə sığortalanmayıb. Təbiətdə baş verən ekstremal təbii fəlakətlərdən bunu əyani şəkildə müşahidə edirik. Bəşəriyyətin üzləşdiyi ən çətin problemlərdən biri olan qlobal iqlim dəyişmələrinin yaratdığı problemin qarşısının alınmasına yönəldilən birgə səylər hər zaman ölkəmiz tərəfindən dəstəklənib, vətəndaşlarımız bu sahədə öz fəallıqlarını nümayiş etdiriblər. "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir". Xalqımızın ulu öndəri Heydər Əliyevin zamanında söylədiyi bu sözlər bu gündə öz aktuallığını qoruyub saxlayır. Dövlətimizin ekoloji siyasətinin, təbiətə dəyər verməsinin və ona qayğı ilə yanaşmasının bəhrəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, təbiətimizi, zəngin flora və faunamızı qoruyur, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsi üçün əllərindən gələni edirlər.

Ümummilli liderimiz ekoloji probləmlərin həlli yollarını da bizə göstərib:"Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması,ekoloji sağlamlıq və digər qlobal probləmlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də,onları yalnız birgə səylərlə həll etmək mümkündür". Ulu öndərimiz tərəfindən müəyyənləşdirilən ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəbaşçısının rəhbərliyi ilə təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa,Vətənə qayğı və sevgi ilə yanaşmağı tələb edir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni yaşıllıqların salınmasına və mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrində mühüm rolu var. Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına böyük töhfələr verir.

Bu gün Azərbaycanın hər yerində vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir, flora və faunanın genefondunun mühafizəsi üçün "Qırmızı Kitab" yaradılıb, nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər mütəmadi monitorinqlər keçirirlər. Ölkəmizin hər yerində yaşıllıqlarınsalınmasında, təmizlikişlərindəvətəndaşlarımız fəallıq göstərirlər. Onların əkdikləri ağaclar təbiətə rəngarənglik, gözəllik, eyni zamanda təmiz hava bəxş edir.

Ətraf mühitdən, təbiətdən yararlanmaq hər bir vətəndaşın hüququ olduğu kimi, onu qorumaq, qayğısına qalmaq da hər birimizin vətəndaşlıq borcudur".

Hindistanda koronavirusa yoluxanların sayı 125 min nəfəri keçdi like
  • 23 May 12:12  
Dünya Hindistanda koronavirusa yoluxanların sayı 125 min nəfəri keçdi

Hindistanda son sutka ərzində aşkar olunan koronavirusa yoluxma hallarının

arrow Ətraflı
Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı like
  • 23 May 12:09  
Digərləri Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı

Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsi

arrow Ətraflı
TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı like
  • 23 May 12:03  
Digərləri TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı

Son.az Trend-ə istinadən bildirir ki, ölkəmizdə koronavirus (COVID-19) pan

arrow Ətraflı
Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər like
  • 23 May 11:58  
Digərləri Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər

Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçiri

arrow Ətraflı
Yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb like
  • 23 May 11:57  
Sosial Yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayə

arrow Ətraflı
Zabrat sakini yarım kiloqram narkotiklə tutuldu like
  • 23 May 11:53  
Sosial Zabrat sakini yarım kiloqram narkotiklə tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

arrow Ətraflı
Kürdəmir sakinini həmkəndlisi xəstəxanalıq etdi like
  • 23 May 11:52  
Sosial Kürdəmir sakinini həmkəndlisi xəstəxanalıq etdi

​Kürdəmir rayonunun Xınıslı kəndində həmkəndlilər arasında dava dü

arrow Ətraflı
Abşeronda karantin dövründə iki evdən 56 min manatlıq oğurluq edilib like
  • 23 May 11:48  
Sosial Abşeronda karantin dövründə iki evdən 56 min manatlıq oğurluq edilib

Oğurluqda şübhəli bilinən Masazır sakini saxlanılıb

arrow Ətraflı
Nazilə Səfərlinin 23 il öncəki toy görüntüləri yayıldı  VİDEO like
  • 23 May 11:47  
Şou-biznes Nazilə Səfərlinin 23 il öncəki toy görüntüləri yayıldı VİDEO

Şairə, aparıcı Nazilə Səfərlinin arxiv görüntüləri yayılıb.

arrow Ətraflı
Pandemiya dövründə ictimai nəqliyyatdan necə istifadə etməli? - VİDEO like
  • 23 May 11:45  
Sosial Pandemiya dövründə ictimai nəqliyyatdan necə istifadə etməli? - VİDEO

​Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını alma

arrow Ətraflı
İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı like
  • 23 May 11:44  
Sosial İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ö

arrow Ətraflı
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib like
  • 23 May 11:43  
Sosial Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

arrow Ətraflı
Ağsuda avtomobil oğurlayan şəxs tutulub - VİDEO - YENİLƏNİB like
  • 23 May 11:42  
Sosial Ağsuda avtomobil oğurlayan şəxs tutulub - VİDEO - YENİLƏNİB

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edə

arrow Ətraflı
Kipr iyunda xarici turistləri qəbul edəcək like
  • 23 May 11:41  
Dünya Kipr iyunda xarici turistləri qəbul edəcək

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək

arrow Ətraflı