"Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır"


Digərləri 23 May 2020 14:04:00 174 0

"Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır"

Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki əhali arasında əsassız məlumatlar yayılması Azərbaycanda yoluxmanın ikinci dalğanın başlaması təhlükəsini yaradır.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, dünyanı ağuşuna alan koronavirusla mübarizə üçün Azərbaycanda kifayət qədər qabaqlayıcı tədbirlər görülub. Lakin bu, o demək deyil ki, artıq bu təhlükə ölkəmizdə bitib. Lakin bəzi vətəndaşlar bu virusun təhlükəsini anlamır:

"Bəziləri sosial şəbəkələrdə belə bir virusun olmadığını yazır. Amma həmin şəxslər bu virusun xarici ölkələrdə hansı faciələr törətdiyini dərk eləmir. Onlar ölkəmizdə bu virusa yoluxanların olmasına baxmayaraq, müxtəlif fərziyələr yayırlar. Azərbaycanda pandemiyanın zəif olması o demək deyil ki, vəziyyət qorxulu deyil. Bu zəifləmə dövlətimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində olub. Ölkədə vaxtında atılan addımlar bu virusun kəskin yayılmasının qarşısını alıb. Amma bəziləri hələ də bu virusun olmaması haqqında yalan məlumatlar yayaraq cəmiyyətdə arxayınçılıq yaradırlar. Bu, ölkəmiz üçün çox təhlükəli ola bilər. Hara baxsan, görürsən ki, insanlar tibbi maska və əlcək olmadan küçələrdə gəzir, sosial məsafə saxlamırlar".

Millət vəkili qeyd edib ki, bu cür məsuliyyətsizlik davam edərsə, dövlət yenidən sərt tədbirlərə başlaya bilər: