Anasını öldürüb qanıyla divara "Bu məhlənin namusu var" yazdı FOTO


Dünya 23 May 2020 13:48:00 180 0

Anasını öldürüb qanıyla divara "Bu məhlənin namusu var" yazdı  FOTO

Anasını qətlə yetirən oğul hakim qarşısına çıxarılıb.

Son.az haberler-ə istinadla bildirir ki, Türkiyənin Bursa şəhərində yaşayan Berke Karasu adlı şəxs anasını bıçaqlayaraq öldürdükdən sonra qanı ilə divara "Bu məhlənin namusu var" sözlərini yazıb.

Hadisədən bir müddət sonra saxlanılan B. Karasu cinayəti etiraf edib. O, ilk ifadəsində anasını namus üstündə öldürdüyünü iddia etsə də, sonradan divara o sözləri diqqət yayındırmaq üçün yazdığını etiraf edib.

Berke Karasu ifadəsində bildirib ki, anası ilə münasibətləri normal olmayıb, onun təzyiqi səbəbindən məzun ola bilməyib və əsəbləşərək onu qətlə yetirib.