Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alındı


Dünya 23 May 2020 12:25:00 173 0

Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alındı

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 77 nəfər koronavirusdan ölüb, 2 936 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.