Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA


Digərləri 23 May 2020 12:42:00 175 0

Ceyhun Bayramovdan tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı AÇIQLAMA

Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı heç bir narahatlığa səbəb yoxdur. Təqaüd verilən bütün tələbələr bu vəsaiti əldə edə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti öz öhdəliyini yerinə yetirərək təhsil sahəsində çalışanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsini özü üçün bir nömrəli prioritet sayır:

"Bu, əvvəlki aylarda 100 faiz təmin edilib. Növbəti aylar ərzində də tələbələrə təqaüdlərin ödənilməsi dövlət tərəfindən 100 faiz təmin ediləcək".

C.Bayramov əlavə edib ki, növbəti, yəni 2020-2021-ci tədris ilinin payız semestri üzrə tələbələrin təqaüdlərinin alınması artıq yay imtahan sessiyasının nəticələri əsasında həyata keçiriləcək. Həmin müddətdə də bu hüququ əldə edən tələbələrin hamısının təqaüdü 100 faiz ödəniləcək: