Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb


Sosial 23 May 2020 11:30:25 216 0

Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Bu barədə “Report”un Cənub MərkəzinəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verib.

Bildirilib ki,əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Mehman Əliyev saxlanılıb.

Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.