Səməd Seyidov: “Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır”


Siyasət 23 May 2020 11:38:47 43 0

Səməd Seyidov: “Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır”

“Böyük güc olan ABŞ ilə münasibətlərimiz həm Azərbaycanın, həm də ABŞ-ın milli maraqları nöqteyi-nəzərindən formalaşır"

“Son hadisələr fonunda Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edir. Öz iqtisadi maraqlarını qoruyan bu və ya digər şirkətin qərarını iki ölkə arasındakı siyasi prioritetlər və münasibətlərlə əlaqələndirmək olmaz”.

Bu sözləri “Report”a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakı ilə Vaşinqton arasındakı münasibətləri, bunun bütün bölgənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.

“ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi məktub bunun bariz nümunəsidir. Bundan əlavə, ABŞ Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Azərbaycan isə ABŞ-a qarşı məşhur terror hücumlarından sonra terrorizmlə mübarizə üçün bütün logistika imkanlarını açanlardan biri olub”, - deputat bildirib.

Səməd Seyidov qeyd edib ki, bu və ya digər məsələlərdə dövlətlərin öz mövqelərinin olmaması ya onlardan birinin vassal tabeçiliyi deməkdir, ya da hər ikisi bir-birindən o qədər uzaqdır ki, ümumi maraqlar barədə danışmaq mümkün deyil.

“Böyük güc olan ABŞ ilə münasibətlərimiz həm Azərbaycanın, həm də ABŞ-ın milli maraqları nöqteyi-nəzərindən formalaşır. Prinsipial məsələlər üzrə ABŞ Azərbaycanı dəstəkləyir: bu həm ərazi bütövlüyüdür, həm Ermənistanla apardığımız Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatıdır, həm də iqtisadi layihələrimiz, o cümlədən ABŞ-ın Azərbaycanın Avropada həyata keçirdiyi meqalayihələrə verdiyi dəstəkdir. Bu, yalnız dəstək deyil, həm də TAP və TANAP layihələrinin həyata keçirilməsinə yardım göstərilməsidir. Bu, çox vacibdir, biz bu barədə dəfələrlə danışmışıq. Bu, terrorizmə, eləcə də koronavirus pandemiyasına qarşı mübarizədir. Təsadüfi deyil ki, Azərbaycan-ABŞ dostluq qrupu Azərbaycan parlamentindəki ən böyük qruplardan biridir”, - siyasətçi söyləyib.

Bununla yanaşı, o qeyd edib ki, konkret müzakirə edilməli olan bir sıra məsələlər də var: “Bu, vətəndaş cəmiyyəti elementlərinin inkişaf tempinə münasibət, geosiyasi mədəniyyətimizdə formalaşan adətlərə və xüsusiyyətlərə hörmətdir. Birləşmiş Ştatlar ilə əla münasibətlərimiz var və bu, bizə ən yaxın qonşularımızla, Orta Asiya ölkələri ilə, Rusiya, İran ilə yaxşı münasibətlər qurmağa mane olmur, Türkiyə ilə münasibətlərimiz lap əladı. Hərçənd yuxarıda adı çəkilən bu üç ölkənin ABŞ ilə bir sıra problemləri var. ABŞ və digər nəhəng dövlətlər Azərbaycanın mövqeyinə böyük hörmətlə yanaşırlar. Məsələn, NATO generalları ilə ABŞ və Rusiya hərbçiləri arasında danışıqlar Bakıda aparılır. Bu, dünya güc mərkəzlərinin bizə inam və hörmətidir”.

Ümumilikdə, Bakı ilə Vaşinqton arasındakı əlaqələrdən danışan S.Seyidov Azərbaycanın ABŞ-ın bölgədəki təkcə strateji deyil, eyni zamanda əsas tərəfdaşı olduğunu xüsusi vurğulayıb.

“Azərbaycan və ölkə rəhbərliyinin, o cümlədən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəni bölgənin geosiyasətinin əsas elementinə çevirib. Azərbaycan, onun birləşdirici elementləri, siyasi iradəsi olmadan bölgə ölkələri ilə hansısa əməkdaşlıq barədə danışmaq çətindir. Bu gün Azərbaycan bu baxımdan həm ən yaxın dairə, həm də əsas və dünya oyunçusu kimi ABŞ üçün olduqca dəyərli və strateji cəhətdən vacib ölkədir”, - S.Seyidov fikrini yekunlaşdırıb.

Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb like
  • 23 May 11:36  
Dünya Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb

​Rusiyada son bir gündə daha 9 434 nəfərə koronavirus diaqnozu qoyulub

arrow Ətraflı
63 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib like
  • 23 May 11:36  
Digərləri 63 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəs

arrow Ətraflı
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb like
  • 23 May 11:30  
Sosial Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarı

arrow Ətraflı
Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir  FOTO like
  • 23 May 11:30  
Digərləri Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və T

arrow Ətraflı
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır like
  • 23 May 11:25  
Dünya Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər

arrow Ətraflı
Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı  VİDEO like
  • 23 May 11:19  
Şou-biznes Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı VİDEO

Ötən gün karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kam

arrow Ətraflı
Bayram günlərində küçəyə çıxmaq qadağan olundu like
  • 23 May 11:14  
Dünya Bayram günlərində küçəyə çıxmaq qadağan olundu

Türkiyədə küçəyə çıxma qadağası tətbiq edilib.

arrow Ətraflı
Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı like
  • 23 May 11:08  
Digərləri Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı

Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələr

arrow Ətraflı
"Hazırlıqsız tələbələr iyuniyul aylarındakı imtahanlarda iştirakdan imtina edə bilərlər" like
  • 23 May 11:03  
Digərləri "Hazırlıqsız tələbələr iyuniyul aylarındakı imtahanlarda iştirakdan imtina edə bilərlər"

İyun-iyul aylarında tələbələr yay imtahanı sessiyasında iştirak edəcə

arrow Ətraflı
Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 509 nəfər sağalıb like
  • 23 May 10:55  
Dünya Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 509 nəfər sağalıb

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

arrow Ətraflı
Muxtar Babayev: “Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır” - MÜSAHİBƏ like
  • 23 May 10:53  
Sosial Muxtar Babayev: “Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır” - MÜSAHİBƏ

Əyani mərhələnin videomüsahibə turunu da uğurla yekunlaşdıran “Yüks

arrow Ətraflı
Ukraynalı deputat koronavirusa yoluxdu like
  • 23 May 10:52  
Dünya Ukraynalı deputat koronavirusa yoluxdu

Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasından olan de

arrow Ətraflı
Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı like
  • 23 May 10:50  
Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı

Ermənistanda daha 374&nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

arrow Ətraflı
Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı  FOTO like
  • 23 May 10:46  
Dünya Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı FOTO

Çində fəhlənin başına 20 santimetr uzunluğunda dəmir alət düşüb.

arrow Ətraflı