İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı


Sosial 23 May 2020 11:44:59 59 0

İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir.&Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin S

Bu xəbəri də oxu: Tovuzda avtomobil piyadanı vurub

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir.Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib like
  • 23 May 11:43  
Sosial Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Bakıda quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

arrow Ətraflı
Ağsuda avtomobil oğurlayan şəxs tutulub - VİDEO - YENİLƏNİB like
  • 23 May 11:42  
Sosial Ağsuda avtomobil oğurlayan şəxs tutulub - VİDEO - YENİLƏNİB

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edə

arrow Ətraflı
Kipr iyunda xarici turistləri qəbul edəcək like
  • 23 May 11:41  
Dünya Kipr iyunda xarici turistləri qəbul edəcək

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək

arrow Ətraflı
Bakıda avtomobilin vurduğu qadın öldü like
  • 23 May 11:39  
Sosial Bakıda avtomobilin vurduğu qadın öldü

Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
Səməd Seyidov: “Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır” like
  • 23 May 11:38  
Siyasət Səməd Seyidov: “Azərbaycan ABŞ-ın regiondakı strateji və əsas tərəfdaşıdır”

“Böyük güc olan ABŞ ilə münasibətlərimiz həm Azərbaycanın, həm də

arrow Ətraflı
Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb like
  • 23 May 11:36  
Dünya Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb

​Rusiyada son bir gündə daha 9 434 nəfərə koronavirus diaqnozu qoyulub

arrow Ətraflı
63 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib like
  • 23 May 11:36  
Digərləri 63 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Bu gün saat 09:40-a olan məlumata əsasən 63616 abituriyent elektron ərizəs

arrow Ətraflı
Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb like
  • 23 May 11:30  
Sosial Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarı

arrow Ətraflı
Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir  FOTO like
  • 23 May 11:30  
Digərləri Paytaxtda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir FOTO

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və T

arrow Ətraflı
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır like
  • 23 May 11:25  
Dünya Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 400 nəfərə yaxınlaşır

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər

arrow Ətraflı
Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı  VİDEO like
  • 23 May 11:19  
Şou-biznes Həbsdən çıxan Kamili anası və qayınanası belə qarşıladı VİDEO

Ötən gün karantin qaydalarını pozduğuna görə həbs edilən idmançı Kam

arrow Ətraflı
Bayram günlərində küçəyə çıxmaq qadağan olundu like
  • 23 May 11:14  
Dünya Bayram günlərində küçəyə çıxmaq qadağan olundu

Türkiyədə küçəyə çıxma qadağası tətbiq edilib.

arrow Ətraflı
Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı like
  • 23 May 11:08  
Digərləri Tələbələrdən təhsil haqqı tələbi ilə bağlı

Təhsil naziri Ceyhun Bayramov bəzi universitetlər tərəfindən tələbələr

arrow Ətraflı
"Hazırlıqsız tələbələr iyuniyul aylarındakı imtahanlarda iştirakdan imtina edə bilərlər" like
  • 23 May 11:03  
Digərləri "Hazırlıqsız tələbələr iyuniyul aylarındakı imtahanlarda iştirakdan imtina edə bilərlər"

İyun-iyul aylarında tələbələr yay imtahanı sessiyasında iştirak edəcə

arrow Ətraflı
Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 509 nəfər sağalıb like
  • 23 May 10:55  
Dünya Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 509 nəfər sağalıb

Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb.

arrow Ətraflı