Zabrat sakini yarım kiloqram narkotiklə tutuldu


Sosial 23 May 2020 11:53:18 163 0

Zabrat sakini yarım kiloqram narkotiklə tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirib.

Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.