Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı FOTO


Dünya 23 May 2020 10:46:00 149 0

Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı  FOTO

Çində fəhlənin başına 20 santimetr uzunluğunda dəmir alət düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, uzunluğu 20 sm, eni 1 sm olan alət 52 yaşlı Çenin kəllə sümüyünü sındıraraq baş beyninə girib.

Üç saatlıq əməliyyatdan sonra dəmir alət kişinin kəllə qutusundan çıxarılıb. Açıq əməliyyatdan sonra reanimasiyaya yerləşdirilən Çen 42 saat komada qalıb.

O, sonradan özünə gələrək sadə cümlələr quraraq danışmağa müvəffəq olub.