Ukraynalı deputat koronavirusa yoluxdu


Dünya 23 May 2020 10:52:00 167 0

Ukraynalı deputat koronavirusa yoluxdu

Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasından olan deputatı Yuri Aristov koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə fraksiya rəhbərinin müavini Yevgeniya Kravçuk Feysbuk hesabında məlumat verib.

"O, özünü yaxşı hiss edir, simptomlar yüngüldür", - o yazıb.

Ukrayna Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, ölkədə koronavirusa 20 148 yoluxma halı qeydə alınıb, onlardan 588-i vəfat edib, 6 585-i sağalıb.