Muxtar Babayev: “Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır” - MÜSAHİBƏ


Sosial 23 May 2020 10:53:32 50 0

Muxtar Babayev: “Uğurlu idarəçi məsuliyyət daşıyan bir şəxs olmalıdır” - MÜSAHİBƏ

Əyani mərhələnin videomüsahibə turunu da uğurla yekunlaşdıran “Yüksəliş” müsabiqəsi növbəti mərhələlərin hazırlığını davam etdirir. Layihənin məsuliyyətini üzərinə götürən dövlət və özəl qurumların birgə əməkdaşlığı, peşəkar mütəxəssis və ekspert heyəti sayəsində müsabiqənin gedişatı uğurla tənzimlənir. Eyni zamanda, ölkənin potensial kadr bazasının yaradıl

Əyani mərhələnin videomüsahibə turunu da uğurla yekunlaşdıran “Yüksəliş” müsabiqəsi növbəti mərhələlərin hazırlığını davam etdirir. Layihənin məsuliyyətini üzərinə götürən dövlət və özəl qurumların birgə əməkdaşlığı, peşəkar mütəxəssis və ekspert heyəti sayəsində müsabiqənin gedişatı uğurla tənzimlənir. Eyni zamanda, ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımların atılması layihənin davamlılığını təmin edir. “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır.

Bu dəfə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirib.

"Report" həmin müsahibəsini təqdim edir:

-Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçinin əsas keyfiyyətlərindən biri onun idarəetmə cəsarətidir. Problemlərlə üzləşməli, hər şeyi olduğu kimi söyləməli, çətin qərarlar qəbul edən və hərəkətləri üçün məsuliyyət daşıyan bir şəxs olmalıdır. Qloballaşan dünyada uğurlu idarəçi bütün yeniliklərə açıq olmalıdır. İdarəçi yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək lider olmalıdır. Mənəvi cəhətdən qüvvətli, dayanıqlı, ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır. O, komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən həvəsləndirməyi bacarmalıdır. Sadə və təvazökar olmalıdır.

-İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?

- Müasir dövrün tələbi informasiyadır və daha çox məlumatlı olmaq, daha çox bilmək deməkdir. Peşəkar idarəçi daima özünü və biliklərini yeniləməlidir. İnformasiyanın dəyərinin düşməməsi o məlumatın təzələnməsindən və daha etibarlı olmasından asılıdır.

İdarəçinin irəlini görə bilmə və planlama qabiliyyətinə sahib olması zəruridir. Bacarıqlı idarəçi öz səhvlərini görməyi və bunu etiraf etməyi də bacarmalıdır. İstənilən idarəçi hər şeyin mükəmməl olmasını istəyir və bunun üçün mübarizə aparır. Əlbəttə, bu yolda səhv etmək ehtimalı istisna deyil. Lakin o, eyni səhvləri bir daha təkrarlamamağa səy göstərməlidir.

-Yüksəliş müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- Bu il ölkə gəncliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qalacaq. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan islahatlar fonunda “Yüksəliş” müsabiqəsinə start verilməsinin xüsusi önəmi var. Bu müsabiqə istər dövlət qulluğu, istərsə də özəl sektorda çalışan Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir. Müasir idarəetmə prinsipləri ənənəvi idarəetmə prinsiplərindən müəyyən qədər fərqlənsə də, məqsəd birdir - ölkənin, vətənin inkişafına töhfə vermək! Bir sözlə, “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntilərimiz onların daim yeniliklərə açıq olması, qloballaşan dünya ilə ayaqlaşa bilən müasir baxışlı liderlər kimi yetişmələridir.“Yüksəliş” müsabiqəsinin iştirakçılarına uğur arzulayıram və əminəm ki, bu müsabiqənin finalçıları Azərbaycanın gələcək inkişaf mərhələlərində yeni uğurlara nail olacaqlar.

Ukraynalı deputat koronavirusa yoluxdu like
  • 23 May 10:52  
Dünya Ukraynalı deputat koronavirusa yoluxdu

Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasından olan de

arrow Ətraflı
Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı like
  • 23 May 10:50  
Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 77-yə çatdı

Ermənistanda daha 374&nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

arrow Ətraflı
Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı  FOTO like
  • 23 May 10:46  
Dünya Başına 20 sm uzunluğunda dəmir parçası batmış fəhlə sağ qaldı FOTO

Çində fəhlənin başına 20 santimetr uzunluğunda dəmir alət düşüb.

arrow Ətraflı
Melek Çakmak: "FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir" like
  • 23 May 10:41  
Digərləri Melek Çakmak: "FAO və Azərbaycan ekologiya sahəsində uğurla əməkdaşlıq edir"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan ara

arrow Ətraflı
Azərbaycanda metanol istehsalı 68% artıb like
  • 23 May 10:37  
İqtisadiyyat Azərbaycanda metanol istehsalı 68% artıb

​Azərbaycanda metanol istehsalı 68% artıb

arrow Ətraflı
Rusiyada güclü yanğın: like
  • 23 May 10:35  
Dünya Rusiyada güclü yanğın:

Rusiya Federasiyası, Tatarıstan Respublikasında güclü yanğın baş verib.

arrow Ətraflı
Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatır like
  • 23 May 10:31  
Dünya Ukraynada koronavirusdan sağalanların sayı 7 minə çatır

Bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb

arrow Ətraflı
Qubada silsilə oğurluq edən şəxs saxlanıldı like
  • 23 May 10:31  
Sosial Qubada silsilə oğurluq edən şəxs saxlanıldı

Əməliyyat Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçiril

arrow Ətraflı
Avtomobil oğurlayan şəxs tutuldu  FOTO like
  • 23 May 10:30  
Digərləri Avtomobil oğurlayan şəxs tutuldu FOTO

Ağsu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini R.Abuz

arrow Ətraflı
Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb like
  • 23 May 10:28  
İqtisadiyyat Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb

​Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb 85489

arrow Ətraflı
Bakıda 3 nəfər taksi sürücüsünə hücum etdi like
  • 23 May 10:24  
Digərləri Bakıda 3 nəfər taksi sürücüsünə hücum etdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

arrow Ətraflı
Dünyaca məşhur müğənni like
  • 23 May 10:19  
Dünya Dünyaca məşhur müğənni

Dünyaca məşhur qvineyalı musiqiçi və müğənni Mori Kante vəfat edib.

arrow Ətraflı
Universitet və kolleclərə ərizə qəbulu davam edir like
  • 23 May 10:18  
Sosial Universitet və kolleclərə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta

arrow Ətraflı
Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib like
  • 23 May 10:13  
Digərləri Təhsil haqqının ödənilməsi üçün 7 minə yaxın tələbə qeydiyyatdan keçib

Təhsil haqqı xərclərinin ödənilməsi üçün artıq həssas əhali qrupuna

arrow Ətraflı