Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - RƏSMİ
Dünya 23 May 2020 09:31:07 174 0
Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.
Ötən günPakistanda baş verəntəyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.
Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.
Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.
Mənbə: report.az