Ağsuda avtomobil oğurlayan şəxs tutulub


Sosial 23 May 2020 09:50:20 141 0

Ağsuda avtomobil oğurlayan şəxs tutulub

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edərək ona məxsus "VAZ-2107" markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polisşöbəsinə müraciət edərək ona məxsus "VAZ-2107" markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarıkeçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili əvvəllər məhkum olmuş Kürdəmir rayon sakini Araz İmanqulu oğluVəliyevolduğu müəyyənləşib.

O, Ramil Abuzərova məxsus "VAZ-2107" markalı avtomobili almaq istədiyini deyərək yoxlamaq məqsədilə sükan arxasına keçibvə onu qaçırıb. Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə apararaq İlqar Telman oğluMəmmədova satıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılıb.İlkin dindirmə zamanı A.Vəliyev oğurluq əməlini etiraf edib.Avtomobil sahibinə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək