Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir


İqtisadiyyat 23 May 2020 10:10:13 53 0

Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçirilir

Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

"Koronavirus pandemiyası ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar", - məlumatda bildirilir.

“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:

Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)

Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.

Cəbhədən YENİ XƏBƏR like
  • 23 May 10:08  
Siyasət Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub like
  • 23 May 10:02  
Digərləri Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik

arrow Ətraflı
Azərbaycanda CNG yanacağından istifadə ilə ildə 80 mln. manata qənaət oluna bilər - VİDEO like
  • 23 May 09:59  
İqtisadiyyat Azərbaycanda CNG yanacağından istifadə ilə ildə 80 mln. manata qənaət oluna bilər - VİDEO

​Azərbaycanda CNG yanacağından istifadə ilə ildə 80 mln. manata qənaət

arrow Ətraflı
Mingəçevirdə civə satan şəxs yaxalandı  FOTO like
  • 23 May 09:57  
Digərləri Mingəçevirdə civə satan şəxs yaxalandı FOTO

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat

arrow Ətraflı
Bakıda 20 yaşlı oğlan faciəvi şəkildə öldü like
  • 23 May 09:51  
Digərləri Bakıda 20 yaşlı oğlan faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Ağsuda avtomobil oğurlayan şəxs tutulub like
  • 23 May 09:50  
Sosial Ağsuda avtomobil oğurlayan şəxs tutulub

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edə

arrow Ətraflı
Pandemiya dövründə hansı sahələrdə aktivlik müşahidə olunub? like
  • 23 May 09:45  
Digərləri Pandemiya dövründə hansı sahələrdə aktivlik müşahidə olunub?

Pandemiya dövründə səhiyyə, qida, yüklərin daşınması və bir sıra sə

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 5,2 milyonu ötüb like
  • 23 May 09:40  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 5,2 milyonu ötüb

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5,2 milyon nəfəri ötüb.

arrow Ətraflı
Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - RƏSMİ like
  • 23 May 09:31  
Dünya Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - RƏSMİ

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 n

arrow Ətraflı
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü like
  • 23 May 09:30  
Digərləri Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü

Koronavirus pandemiyası... Dünyanın 215 ölkəsində hələ də tüğyan edir

arrow Ətraflı
Bu gün Naxçıvana yeni Baş Nazir təyin olunacaq like
  • 23 May 09:28  
Siyasət Bu gün Naxçıvana yeni Baş Nazir təyin olunacaq

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin i

arrow Ətraflı
DÇ2018in qızıl medallarından biri hərracda satılıb like
  • 23 May 09:25  
Dünya DÇ2018in qızıl medallarından biri hərracda satılıb

Futbol üzrə 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qızıl

arrow Ətraflı
ABŞın MayamiDeyd şəhərində mayın 28i Azərbaycan Respublika Günü elan olunub  FOTO like
  • 23 May 09:21  
Dünya ABŞın MayamiDeyd şəhərində mayın 28i Azərbaycan Respublika Günü elan olunub FOTO

Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28

arrow Ətraflı
Mingəçevirdə civə satan şəxs saxlanılıb like
  • 23 May 09:17  
Sosial Mingəçevirdə civə satan şəxs saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat

arrow Ətraflı
Qazaxıstanda daha 322 nəfər koronavirusa yoluxub like
  • 23 May 09:16  
Dünya Qazaxıstanda daha 322 nəfər koronavirusa yoluxub

Qazaxıstanda yeni növ koronavirusa daha 322 yoluxma halı qeydə alınıb.

arrow Ətraflı