“LG Stylo 6” smartfonu təqdim edilib


Digərləri 23 May 2020 08:51:00 171 0

“LG Stylo 6” smartfonu təqdim edilib

"LG" şirkətinin smartfonlar çeşidinə "Stylo 6" adlı orta qiymət seqmentinə aid yeni model əlavə edilib. Yenilik elektron qələm və onu korpusda saxlamaq üçün bölmə ilə təchiz edilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, Full HD təsvir ölçülü 6,8 düymlük ekrana malik smartfon 2,3 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P35" prosessoru ilə təchiz edilib. Aparatın əməli yaddaş tutumu 3 QB, daxili yaddaş tutumu isə 64 QB ("microSD" yaddaş kartının köməyi ilə artırmaq olur) təşkil edir.

Yeni aparat sürətli enerjidoldurma texnologiyasına malik 4000 milliamper/saat tutumunda akkumulyatora malikdir. Korpusun arxa tərəfində əsas kameranın üç sensoru (13 mp-lik əsas, genişbucaqlı linzaya malik köməkçi və dərinlik sensorları) yerləşdirilib. 13 mp-lik ön kameraya malikdir. "Google Assistant" səsli köməkçisinin aktivləşdirilməsi üçün korpusun kənar tərəfində xüsusi aparat düyməsi nəzərdə tutulub.

Biometrik autentifikasiya üsulu kimi arxa qapaqda yerləşdirilmiş barmaq izləri skanerindən istifadə olunur. Smartfon "Android 10" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.