ABŞda koronavirusa yoluxanların saı 1,6 milyonu ötüb
Dünya 23 May 2020 08:53:00 146 0
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb.
Son.az Trend-ə istinadən bildirir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 600 481 nəfərə çatıb. Onlardan 95 921 nəfəri ölüb, 350 135 nəfəri isə sağalıb.
Bildirilir ki, saat 05:45 üçün dünyada koronavirusa yoluxanların sayı 5 209 266 nəfərə, koronavirusdan ölənlərin sayı 338 121 nəfərə, sağalanlarınsayı isə 2 054 125 nəfərə çatıb.
Mənbə: milli.az