Bakıda 3 nəfər taksi sürücüsünə hücum etdi


Digərləri 23 May 2020 10:24:00 146 0

Bakıda 3 nəfər taksi sürücüsünə hücum etdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binəqədi qəsəbəsində baş verib.

Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Xəzər" markalı avtomobilə 3 nəfər naməlum şəxs əyləşərək onu hədələyib. Həmin şəxslər onun 100 manatını alaraq hadisə yerindən qaçıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəri) maddəsilə həbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıb.