“iPhone” üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb


Digərləri 23 May 2020 08:41:00 134 0

“iPhone” üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb

"Apple" şirkəti "iPhone" smartfonları üçün koronavirus şəraitində bir neçə funksiyanın işini sadələşdirəcək sistem yeniləməsi təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki,  "iOS 13.5" əməliyyat sisteminin versiyasını artıq yükləmək mümkündür.

Hazırda "Face ID" sifətin tanınması texnologiyası istifadəçini əksər ölkələrin ictimai yerlərində tələb olunan maskanın taxılması zamanı onu tanıya bilmir. Lakin bloklanmış ekranda yuxarıya çırpmaq jesti edilən zaman dərhal parolun daxil edilməsi üçün ekran görünəcək. Əvvəllər bu ekranı gözləmək üçün daha çox vaxt tələb olunub.

Bundan başqa, əməliyyat sisteminə istifadəçinin kontaktlarının izlənilməsi əsasında onun koronavirusla mümkün kontaktını göstərən mobil əlavələrdən istifadə üçün texnologiyalar daxildir.