Apple şirkətinin iPhone 12 ilə bağlı qərarı istifadəçiləri qəzəbləndirə bilər: Bu aksessuar olmayacaq


Digərləri 23 May 2020 08:46:00 165 0

Apple şirkətinin iPhone 12 ilə bağlı qərarı istifadəçiləri qəzəbləndirə bilər: Bu aksessuar olmayacaq

Müasir Android smartfonların komplektlərində sürətli şarj texnologiyasının olduğu bir vaxtda iPhone 11 alıcıları yalnız 5 vatt gücündə şarj naqili əldə edirlər. Daha bahalı olan iPhone 11 Pro və Pro Max modellərində isə istifadəçilər 18 vatt-lıq şarj naqili əldə edirlər. Lakin bu da müasir Android smartfonların komplektləri ilə müqayisə oluna bilməz.

Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən Apple şirkəti bu ilki iPhone modellərinin komplektlərini daha da sadələşdirə bilər. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə analitikin verdiyi məlumata əsasən bu il təqdim olunacaq iPhone 12 modellərinin komplektlərindən naqilli EarPods qulaqlıqları yığışdırılacaq. Qeyd etmək lazımdır ki, digər smartfon istehsalçıları artıq çoxdan bəri öz smartfonların komplektlərinə qulaqlıqlar yerləşdirmirlər.

Apple şirkətinin bu cür qərar verməsinin səbəbi çox sadədir. Şirkət sadəcə olaraq daha çox pul qazanmaq istəyir. Beləliklə bu ilki iPhone alıcıları musiqiyə qulaq asmaq üçün qulaqlıqları ayrıca almalı olacaqlar. Ming-Chi Kuo əmindir ki, bu sür qərar öz növbəsində AirPods və AirPods Pro satışlarını yüksəldəcək. Bununla yanaşı analitikin proqnozlarına əsasən bu il AirPods-ların satışları 80 milyondan 93 milyona yüksələcək.