Pakistanda dəhşətli təyyarə qəzası:


Dünya 23 May 2020 08:23:00 153 0

Pakistanda dəhşətli təyyarə qəzası:

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən mənbələr bildirib.

Məlumata əsasən, qəza nəticəsində azı 2 nəfər sağ qalıb.dir.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb. Təyyarədə 91 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində bir neçə yaşayış evi dağılıb, dağıntılar altından təxminən 20 nəfəri xilas etmək mümükün olub.

İlkin məlumata əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib.

XXX

02:13

Pakistanda "Pakistan Beynəlxalq Hava Yolları" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Doon" qəzetinə Sind əyalətinin səhiyyə sahəsindən mənbələr bildirib.

Bildirilir ki, təyyarənin düşdüyü ərazidə 11 nəfər xəsarət alıb, onların vəziyyəti stabildir.

Qeyd edək ki, ötən gün Lahordan Kəraçiyə daxili reys yerinə yetirən sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığında yaşayış binalarının üzərinə düşüb.