Güclü külək Gəncədə fəsadlar törədib


Digərləri 23 May 2020 08:28:00 148 0

Güclü külək Gəncədə fəsadlar törədib

Gəncədə axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərin Sadıllı qəsəbəsində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, eləcə də bir sıra digər ərazilərdə ağaclar aşıb.

Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır.