Yeni “Mi TV 43” televizor modeli nümayiş olunub


Digərləri 23 May 2020 07:01:00 140 0

Yeni “Mi TV 43” televizor modeli nümayiş olunub

"Xiaomi" şirkəti "Mi TV 43" smart televizorunun yeni modelini təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "E43K" model nömrəsinə malik "Mi TV 43" Çində 155 dollara təklif olunur. Bunadək 43 düymlük digər "Xiaomi" modelləri, o cümlədən "E43X", "E43C" və "E43A" mövcud olsa da, onların minimal qiyməti 169 dollar təşkil edib.

Bu məbləği ödəyən istifadəçi 43 düym diaqonallı ekran, 1920 х 1080 piksel təsvir ölçüsü, nazik çərçivə, eləcə də "DTS Sound" texnologiyalı stereodinamiklərlə təchiz edilən televizor əldə edəcək.

Yeni modelin əsasını 64 bitlik ikinüvəli platforma, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Televizor "Wi-Fi" vasitəsilə simsiz məlumat ötürməni dəstəkləyir. Əvvəlki bahalı modellərdən fərqli olaraq "Bluetooth" dəstəyi nəzərdə tutulmayıb.