Rusiyada xəstəxanada yanğın olub, ölənlər və xəsarət alanlar var


Dünya 23 May 2020 07:45:00 162 0

Rusiyada xəstəxanada yanğın olub, ölənlər və xəsarət alanlar var

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zelenodolsk şəhərində xəstəxanada yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yanğın barədə məlumat Fövqəladə Hallar Nazirliyinə saat 23:15-də daxil olub. Saat 23:31-də açıq alovun qarşısı alınıb.

Məlumata əsasən, yanğın xəstəxananın birinci mərtəbəsində palatalardan birində başlayıb. Yanğın zamanı 88 nəfər xəstəxananın digər korpusuna təxliyə edilib.