Rusiyada xəstəxanada yanğın zamanı ölənlərin sayı artdı - YENİLƏNİB


Dünya 23 May 2020 02:16:00 158 0

Rusiyada xəstəxanada yanğın zamanı ölənlərin sayı artdı - YENİLƏNİB

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada yanğın baş verib.

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada baş verənyanğın zamanı ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə zamanı xəsarət alanlardan daha biri ölüb.

***01:51

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada yanğın baş verib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb. Zərərçəkənlərdən ikisi yanıq xəsarətləri alıb, digər ikisi isətüstüdən zəhərlənib.

Məlumata görə, yanğın 5 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəstəxananın avadanlığı yanıb.

Səhiyyə Nazirliyi yanğın nəticəsində ölənlər barədə məlumatı təsdiqləyib.

"İnterfaks" bildirib ki, xəstəxananın hadisənin baş verdiyi bölməsində koronavirus xəstəsi yoxdur.