Rusiyada xəstəxanada yanğın olub, ölənlər və xəsarət alanlar var


Dünya 23 May 2020 01:53:28 173 0

Rusiyada xəstəxanada yanğın olub, ölənlər və xəsarət alanlar var

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada yanğın baş verib.

Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan Respublikası) xəstəxanada yanğın baş verib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə nəticəsində iki nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb. Zərərçəkənlərdən ikisi yanıq xəsarətləri alıb, digər ikisi isətüstüdən zəhərlənib.

Məlumata görə, yanğın 5 kvadrat metr sahəni əhatə edib. Hadisə zamanı xəstəxananın avadanlığı yanıb.

Səhiyyə Nazirliyi yanğın nəticəsində ölənlər barədə məlumatı təsdiqləyib.

"İnterfaks" bildirib ki, xəstəxananın hadisənin baş verdiyi bölməsində koronavirus xəstəsi yoxdur.