Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu


Sosial 23 May 2020 00:02:10 168 0

Millimizin futbolçusu Almaniyada növbəti qolunu vurdu

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Ertsgebirge" 5-ci, 30 xala malik "Nürnberq" isə 14-cü pillədə qərarlaşıb

Dmitri Nazarov

Futbol üzrəAlmaniya II Bundesliqasında XXVII tura start verilib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ertsgebirge" komandası "Nürnberq"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan 30 yaşlı hücumçu 51-ci dəqiqədə hesabı açıb. Lakin 63-cü dəqiqədə onun komanda yoldaşı Soren Qonter avtoqol müəllifi olub.

Nazarov 66-cı dəqiqədə yerini Filipp Tsulexnerə verib.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Ertsgebirge" 5-ci, 30 xala malik "Nürnberq" isə 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dmitri Nazarov ötən tur "Zandhauzen"i 3:1 hesabı ilə yendikləri qarşılaşmada dəqiq penalti zərbəsi ilə fərqlənib.