Sumqayıtda təhlükəli tapıntı FOTO


Digərləri 22 May 2020 23:10:00 54 0

Sumqayıtda təhlükəli tapıntı  FOTO

Mayın 22-si saat 13:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində 4 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 37 ədəd 5.45 mm-lik patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 22 may 2020-ci il tarixlərində 125 siqnal (əməliyyat çağırışı) əsasında 111 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 338 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 56 405 kv.m ərazi yerüstü və 7 351 kv.m ərazi yeraltı yoxlanılıb.

Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib like
  • 22 May 23:05  
Digərləri Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib

Dünyanın 12 ən böyük neft şirkəti cari ilin ilk rübündə qiymətlərin

arrow Ətraflı
Muzey və qoruqlarda "açıq qapı" günləri təşkil ediləcək like
  • 22 May 23:00  
Kriminal Muzey və qoruqlarda "açıq qapı" günləri təşkil ediləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev

arrow Ətraflı
Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO like
  • 22 May 22:57  
Sosial Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək

arrow Ətraflı
Dubay aeroportu fəaliyyətini bərpa edib like
  • 22 May 22:55  
Dünya Dubay aeroportu fəaliyyətini bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviaşirkətinin beyn

arrow Ətraflı
Sumqayıtda əl qumbarası, partladıcılar və patronlar aşkarlandı like
  • 22 May 22:50  
Sosial Sumqayıtda əl qumbarası, partladıcılar və patronlar aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Az

arrow Ətraflı
Günəbaxan halvasının faydaları  Qadınların sirli çarəsi like
  • 22 May 22:49  
Digərləri Günəbaxan halvasının faydaları Qadınların sirli çarəsi

Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir. Klassik halvanın tər

arrow Ətraflı
Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır like
  • 22 May 22:44  
Digərləri Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır

İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullar

arrow Ətraflı
Bakıda avtomobil 54 yaşlı qadını vurdu like
  • 22 May 22:36  
Sosial Bakıda avtomobil 54 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Səyahət gəmiləri sentyabrın 17dək Avstraliya sularına buraxılmayacaq like
  • 22 May 22:35  
Dünya Səyahət gəmiləri sentyabrın 17dək Avstraliya sularına buraxılmayacaq

Avstraliya hakimiyyəti səyahət gəmilərinin ölkə sularına daxil olmasına

arrow Ətraflı
Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO like
  • 22 May 22:34  
Sosial Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad rayon Gənclər və İdman

arrow Ətraflı
Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu like
  • 22 May 22:26  
Sosial Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Qazaxın bəzi kəndlərinə dolu düşüb like
  • 22 May 22:25  
Digərləri Qazaxın bəzi kəndlərinə dolu düşüb

Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxl

arrow Ətraflı
Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir like
  • 22 May 22:20  
Dünya Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına g

arrow Ətraflı