Kavasaki sindromunun ən qorxulu ağırlaşması...


Digərləri 22 May 2020 23:15:00 67 0

Kavasaki sindromunun ən qorxulu ağırlaşması...

Kavasaki sindromu 5 yaşına qədər uşaqlarda rast gəlinən, dəri səpkiləri, yüksək hərarət, limfa düyünlərinin böyüməsi, ürəyin və iri damarların iltihabı ilə müşayiət olunan xəstəlikdir. İlk dəfə olaraq xəstəliyi ötən əsrin 60-cı illərinin axırlarında yapon psixiatrı Tomisaku Kavasaki aşkar edib.

Son.az bildirir ki, bu sözləri həkim-kardioloq Nərgiz Məmmədova AZƏRTAC-a deyib: "Kavasaki sindromu adətən 2 aylıqdan 5 yaşa qədər uşaqlarda, bəzən də yeniyetmələrdə inkişaf edir. Oğlan uşaqları qızlara nisbətən həmin xəstəliyə iki dəfə çox tutulur. Xəstəliyin etiologiyası məlum olmasa da, onun infeksion xarakterdə olduğu güman edilir. Sindromun inkişafını bakteriya, virus və ətraf mühitin digər infeksion faktorları ilə əlaqələndirən nəzəriyyələr də var.

Xəstəlik bədən hərarətinin 40 dərəcəyə yüksəlməsi ilə başlayır. Temperatur vaxtaşırı 38,5 dərəcəyə qədər enir, lakin həmin göstəricidən aşağı düşmür. Xəstə uşaqlar yuxuya meyilli olurlar, bəzən də qarında əmələ gələn ağrılardan şikayətlənirlər. Dəridə, xüsusən də paltara sürtülən nahiyələrdə ocaqlı səpkilər əmələ gəlir. Bir-iki gün ərzində səpkilər selikli qişalara - ağız boşluğu və hətta uşaqlıq yoluna yayılır. Uşağın boğazı qızarır, dodaqları quruyur və çatlayır, dili moruğu-qırmızı rəng alır. Ovuclar və ayaqların altı qızarır, bəzən də ödemləşir, gözlərdə irinsiz konyunktivit əmələ gəlir. Xəstəliyin başlanğıcından 10-20 gün sonra əl və ayaqların dərisi soyulmağa başlayır. Çox vaxt boyun limfa düyünləri böyüyür və ağrılı olur".

O, xəstəliyin gedişi barədə də məlumat verib: "Tac damarları ilə yanaşı, başqa orqanizmdə bütün damarlarda vaskulitlər inkişaf edir. Kavasaki sindromunun ən qorxulu ağırlaşması koronar arteriyaların vaskulitidir. Kardial ağırlaşmalar uşaqlarda adətən xəstəliyin 2-4-cü həftəsində yaranır. Koronar arteriyalarda yaranan dilatasiya anevrizma və miokard infarktı ilə ağırlaşa bilər. Digər ağırlaşmalar arasında beynin yumşaq qişasının, oynaqların və öd kisəsinin iltihabı qeyd edilir. Onlar qalıq əlamətləri vermədən sağalır.

Sumqayıtda təhlükəli tapıntı  FOTO like
  • 22 May 23:10  
Digərləri Sumqayıtda təhlükəli tapıntı FOTO

Mayın 22-si saat 13:22-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zən

arrow Ətraflı
Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib like
  • 22 May 23:05  
Digərləri Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib

Dünyanın 12 ən böyük neft şirkəti cari ilin ilk rübündə qiymətlərin

arrow Ətraflı
Muzey və qoruqlarda "açıq qapı" günləri təşkil ediləcək like
  • 22 May 23:00  
Kriminal Muzey və qoruqlarda "açıq qapı" günləri təşkil ediləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev

arrow Ətraflı
Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO like
  • 22 May 22:57  
Sosial Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək

arrow Ətraflı
Dubay aeroportu fəaliyyətini bərpa edib like
  • 22 May 22:55  
Dünya Dubay aeroportu fəaliyyətini bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviaşirkətinin beyn

arrow Ətraflı
Sumqayıtda əl qumbarası, partladıcılar və patronlar aşkarlandı like
  • 22 May 22:50  
Sosial Sumqayıtda əl qumbarası, partladıcılar və patronlar aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Az

arrow Ətraflı
Günəbaxan halvasının faydaları  Qadınların sirli çarəsi like
  • 22 May 22:49  
Digərləri Günəbaxan halvasının faydaları Qadınların sirli çarəsi

Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir. Klassik halvanın tər

arrow Ətraflı
Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır like
  • 22 May 22:44  
Digərləri Antibiotiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır

İnfeksion xəstəliklər və soyuqdəymə zamanı müxtəlif müalicə üsullar

arrow Ətraflı
Bakıda avtomobil 54 yaşlı qadını vurdu like
  • 22 May 22:36  
Sosial Bakıda avtomobil 54 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Səyahət gəmiləri sentyabrın 17dək Avstraliya sularına buraxılmayacaq like
  • 22 May 22:35  
Dünya Səyahət gəmiləri sentyabrın 17dək Avstraliya sularına buraxılmayacaq

Avstraliya hakimiyyəti səyahət gəmilərinin ölkə sularına daxil olmasına

arrow Ətraflı
Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO like
  • 22 May 22:34  
Sosial Doqquz rayonun iştirakı ilə regional videokonfrans keçirilib - FOTO

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad rayon Gənclər və İdman

arrow Ətraflı
Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu like
  • 22 May 22:26  
Sosial Bakıda avtomobil 50 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Qazaxın bəzi kəndlərinə dolu düşüb like
  • 22 May 22:25  
Digərləri Qazaxın bəzi kəndlərinə dolu düşüb

Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxl

arrow Ətraflı