Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO


Sosial 22 May 2020 22:57:13 177 0

Əlverişsiz hava şəraiti qərb rayonlarında fəsadlar törədib - FOTO

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, respublikamızın qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Gəncə şəhər və ətraf rayonlarda güclü küləkolub. Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb.