Dubay aeroportu fəaliyyətini bərpa edib


Dünya 22 May 2020 22:55:00 170 0

Dubay aeroportu fəaliyyətini bərpa edib

Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" aviaşirkətinin beynəlxalq uçuşlara başlaması ilə əlaqədar mayın 22-də fəaliyyətə başlayan Dubay aeroportu sərnişinlərə müraciət edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aeroport rəhbərliyinin bəyanatında sərnişinlərin Dubay Beynəlxalq Aeroportunun 3 nömrəli terminalında qəbul ediləcəyi bildirilir. Sərnişinlər COVID-19 virusuna qarşı zəruri tibbi yoxlamadan keçmək üçün uçuşdan dörd saat əvvəl hava limanına gəlməlidirlər. Bu vaxtdan öncə gələn sərnişinlər sıxlıq yaranmaması üçün terminala buraxılmayacaq. Bundan başqa, xüsusi qoruyucu tibbi vasitələri olmayanlar da binaya daxil ola bilməyəcəklər. Aeroportda sosial məsafə qaydalarına ciddi riayət olunacaq.

Məlumatda deyilir ki, aeroport binasında kafe, restoran və mağazaların fəaliyyəti də bərpa edilib.