Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir


Dünya 22 May 2020 22:20:00 154 0

Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə, mayın 25-dən ölkənin bütün şəhərləri arasında hava əlaqəsi tamamilə bərpa olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ciddi karantin sanitariya qaydalarına riayət olunaraq aviaşirkətlər tərəfindən reyslərin sayı müstəqil şəkildə müəyyən ediləcək.

Uçuşlar nəqliyyatda baş sanitar həkimin müəyyən etdiyi ciddi sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçiriləcək, yəni şəxsi qoruyucu vasitələrdən, termometriyadan, təyyarəyə minmədən əvvəl sosial məsafə qorunmaqla hava limanları və təyyarələrdə dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, artıq Qazaxıstan daxilində bir çox şəhərlər arasında aviareyslər mayın 1-dən bərpa edilib.