Türkiyədə son sutkada koronavirusdan 1 121 nəfər sağalıb


Dünya 22 May 2020 21:40:00 154 0

Türkiyədə son sutkada koronavirusdan 1 121 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 276 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 952 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 154 500 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 121 nəfər olmaqla 116 111 nəfər təşkil edir.