İtaliyada koronavirusa yoluxanların sayı 228 mini ötüb


Dünya 22 May 2020 22:04:00 145 0

İtaliyada koronavirusa yoluxanların sayı 228 mini ötüb

İtaliyada son sutka ərzində yeni növ koronavirusa daha 652 nəfər yoluxub.

Trend-in "Yevropeyskaya pravda"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 228 658 nəfər çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 130 nəfər ölüb, ölənlərin ümumi sayı 32 616 nəfər təşkil edir.