Daha 5 DOST mərkəzinin açılması gözlənilir


Sosial 22 May 2020 21:23:20 44 0

Daha 5 DOST mərkəzinin açılması gözlənilir

Yaxın aylarda Bakının Binəqədi rayonunda da yeni DOST mərkəzi açılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə yeni DOST mərkəzlərinin yaradılması təmin olunacaq.

Yaxın aylarda Bakının Binəqədi rayonunda da yeni DOST mərkəzi açılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə yeni DOST mərkəzlərinin yaradılması təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “Report”a verilən məlumata görə, bu sözləri bu gün ƏƏSMN-də keçirilən kollegiya iclasında nazir Sahil Babayev deyib.

O bildirib ki, hazırda daha 5 mərkəzin – Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdə rayonlarında DOST mərkəzlərinin açılması üçün işlər aparılır.

Nazir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verdiyini qeyd edib. Bildirib ki, bu konsepsiya eyni zamanda mərkəzlərdə dövlət sosial xidmətlərinin innovativ əsasda daim təkmilləşməsini, yeni dəstək mexanizmləri ilə zənginləşməsini hədəf kimi nəzərdə tutur. Yaradılan DOST mərkəzləri də bu prinsipi rəhbər tutmalıdır. Həmçinin 142 - Çağrı mərkəzinin fəaliyyəti müraciətlərin cavablandırılması funksiyası ilə bərabər, dəstək mərkəzi tipli missiyanı daşımaq üçün təkmilləşməlidir.

S.Babayevin sözlərinə görə,dövlət başçısının müəyyən etdiyi əsas vəzifələrdən biri - şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır. Nazirliyin daxili audit yoxlamaları nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün bu barədə məlumatlar aidiyyəti orqanlara təqdim edilir. Qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sistemində əsas prinsip şəffaflığın təminatı olacaq və bu prinsipə zidd fəaliyyət göstərənlərə qarşı ciddi tədbirlər görüləcək, qanun pozuntularına yol verilməsinin qarşısının alınması üçün qətiyyətli addımlar davam etdiriləcək.

Bununla yanaşı, aparılan köklü islahatlar da dövlət sosial xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi - DOST mərkəzləridir. Bu mərkəzlərin sayının artırılması da şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır.

S. Babayev sosial ödənişlərin davamlılığının təmin edildiyini, pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişinin artıq hər ay vaxtından daha tez həyata keçirildiyini deyib. O qeyd edib ki, bu pozitiv proses qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Həssas əhali qrupları ilə bağlı qanunvericiliyin humanistləşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu proses pensiya qanunvericiliyini də əhatə edir.

DSMF-nin nəzdində “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxs yaradılır ki, bu da qeyd edilən şəxslərə göstərilən sosial xidmətlərin keyfiyyətinin artmasına hesablanıb.

Nazir Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, vətəndaşların qəbulu prosesi və s. barədə də tapşırıqlarını verib. İclasda Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun layihəsi, “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi” publik hüquqi şəxsin yaradılması, nizamnaməsinin, strukturunun və ştat cədvəlinin təsdiq edilməsi məsələləri ətraflı müzakirə olunub.

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı like
  • 22 May 21:15  
Digərləri Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronav

arrow Ətraflı
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir like
  • 22 May 21:10  
Siyasət Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovdan Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Film kimi qarət: Qoca kimi maskalandı...  VİDEO like
  • 22 May 21:09  
Dünya Film kimi qarət: Qoca kimi maskalandı... VİDEO

Qoca kimi maskalanmış gənc bankomatları qarət edib.

arrow Ətraflı
Türkiyədə koronavirusa daha 952 yoluxma qeydə alınıb like
  • 22 May 21:07  
Dünya Türkiyədə koronavirusa daha 952 yoluxma qeydə alınıb

Bu gün Türkiyədə koronavirusdan 52 nəfər ölüb.&

arrow Ətraflı
Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında telefon danışığı olub like
  • 22 May 20:58  
Siyasət Azərbaycan və Gürcüstan XİN rəhbərləri arasında telefon danışığı olub

Cari ilin 22 may tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri

arrow Ətraflı
Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var like
  • 22 May 20:57  
Sosial Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş

arrow Ətraflı
Oğurluq üstündə tutuldu, like
  • 22 May 20:54  
Kriminal Oğurluq üstündə tutuldu,

Oğurluq etdiyinə görə tutulmuş R.Kərimlinin 6 nəfərin bank hesablarında

arrow Ətraflı
Məşhur aparıcının oğlu koronavirusdan öldü like
  • 22 May 20:53  
Dünya Məşhur aparıcının oğlu koronavirusdan öldü

Rusiyalı 80 yaşlı məşhur aparıcı Svetlana Morqunovanın yeganə oğlu Ma

arrow Ətraflı
Prezident İlham Əliyev: "Biz bu virusla yaşamalı olacağıq" like
  • 22 May 20:52  
Sosial Prezident İlham Əliyev: "Biz bu virusla yaşamalı olacağıq"

"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, bi

arrow Ətraflı
Xətaidə iki avtomobil toqquşdu, xəsarət alan var like
  • 22 May 20:49  
Sosial Xətaidə iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisə

arrow Ətraflı
Gürcüstanda 70 yaşdan yuxarı şəxslərlə bağlı qadağa götürülür like
  • 22 May 20:48  
Dünya Gürcüstanda 70 yaşdan yuxarı şəxslərlə bağlı qadağa götürülür

Onun sözlərinə görə, bu şəxslər yüksək risk qrupuna daxil olduğundan

arrow Ətraflı
Tanınmış model də qəzaya düşən təyyarədə olub  FOTO like
  • 22 May 20:47  
Dünya Tanınmış model də qəzaya düşən təyyarədə olub FOTO

Bu gün Pakistanın Kəraçi hava limanı yaxınlığında qəzaya uğramış t

arrow Ətraflı