Kainatda minimum Günəş dövrü başlayır Soyuq, rütubət, zəlzələ, qıtlıq?


Digərləri 22 May 2020 21:20:00 168 0

Kainatda minimum Günəş dövrü başlayır  Soyuq, rütubət, zəlzələ, qıtlıq?

Günəş azalması və ya Günəş minimumu adlanan dövr 11 ildən bir Günəşin tsiklində şüalanma, istilik vermə aktivliyinin azalmasıdır. Yəni insanlıq 11 ildən bir bu mərhələni yaşayır

Bir çox ekspertlər bildirir ki, həmin ərəfədə Yer üzündə soyuq, rütubət artır, zəlzələlər çoxalır, qıtlıq olur.

Lakin bu heç də həmişə belə olmur.

Son.az medicina.az-a istinadən bildirir ki, hələ 2017-ci ildə NASA 2019-2020-ci ildə minimum Günəş tsiklinin gözlənildiyini bildirmişdi.

Keçən il isə Okean və Atmosferin tədqiqatı Milli idarəetmə İdarəsi bu hadisənin 2020-ci ilin aprel ayında baş verəcəyini dəqiq bəyat etdi.

Ola bilər hesablamalar 3 ay irəli geri yanlışlıq etsin. Amma hər halda bu il Yer üzü 11 ildə baş verən bu hadisəyə qədəm qoyur və ya artıq hadisə başlayıb

Bu hadisə Günəşin maqnit sahəsində baş verir. Hesab edilir ki, ulduzların qütbü və Venera, Yer, Yupiter məhz bu ərəfədə yerini dəyişir.

Bu aylarda Günəşin aktivliyi azalır, onda zəif partlayışlar və ləkələr əmələ gəlir. Belə deyək, Günəş sanki istirahət, tətil edir.